“Qvardiola Mourinyodan daha yaxşı baş məşqçidir”
29.08.2013 - 06:11
“Qvardiola Mourinyodan daha yaxşı baş məşqçidir”
“Bavariya”nın prezidenti Uli Höness klubunun baş məşqçisi Pep Qvardiola haqqında danışıb. Apasport.az saytının məlumatına görə, Höness Qvardiolanın “Çelsi”nin baş məşqçisi Joze Mourinyodan daha yaxşı futbol mütəxəssisi olduğunu deyib.

Klub prezidenti hər iki çalışdırıcı arasındakı rəqabətin London klubu ilə keçirəcəkləri UEFA Superkubok qarşılaşmasına da təsir edəcəyini deyib: “Pep və Mourinyo” İspaniyada işlərkən çox qarşı-qarşıya gəldilər və bizim baş məşqçimiz daha çox qalib gəldi. Hər iki mütəxəssis arasında daim gərginlik var. Qvardiola ilə bu mövzuda danışmamışam, amma onlar dost deyillər. “Çelsi” ilə keçirəcəyimiz qarşılaşmaya onların arasındakı rəqabətin də təsiri olacaq”.

Qeyd edək ki, Qvardiola “Barselona”nı Mourinyo isə “Real”ı, çalışdırarkən iki mütəxəssis arasında gərgin rəqabət və tez-tez söz “atışması” olurdu.