Millimizin hücumçusunun mövqeyi axsayır
29.08.2013 - 08:46
Yığmamızın hücumçusu Branimir Subaşiçin “Orduspor”da mövqeyi axsamaq üzrədir. Apasport.az saytının məlumatına görə, klubun prezident köməkçisi Tahsin Türkmən verdiyi açıqlamada forvard alacaqlarını bildirib.
Onun sözlərinə görə, ilk növbədə hədəf hücumçu tapmaqdır: “Hücum xəttinə transfer etməyə çalışırıq. Səhv etməmək üçün addımlarımızı diqqətli atırıq. Bir neçə günə hücum xəttinə edəcəyimiz ciddi transfer ilə komandamızın qol yollarındakı sıxıntısını aradan qaldıracağımıza inanıram. Bundan başqa, sağ cinah müdafiəçisi axtarışlarımız da davam edir, ancaq ilk növbədə hədəf hücumçu transferidir”.
Qeyd edək ki, Branimir Subaşiçdən başqa, “Orduspor”un hücum xəttində rumıniyalı Aleksandru İonitse və Əmrə Aygün də var. Subaşiç son 2 turda 165 dəqiqə meydanda olsa da, hələ də qol hesabını aça bilməyib.

0
0