“Ayntraxt”ın futbolçusu: Bir ayağımız qrup mərhələsindədi
29.08.2013 - 09:26
“Ayntraxt”ın futbolçusu: Bir ayağımız qrup mərhələsindədi
“Ayntraxt”ın mərkəz yarımmüdafiəçisi Sebastyan Rodenin oyunu Almaniya mətbuatının diqqətindən qaçmayıb. Apasport.az saytının məlumatına görə, “Bavariya”, “Qarabağ” və Braunşvayq “Ayntraxt”ı ilə son 3 oyunda özünü yaxşı tərəfdən göstərən 22 yaşlı futbolçu məşhur “Bild” nəşrinə müsahibə verib.

Bakıdakı qarşılaşmada start heyətində yer alan Rode “Qarabağ”la cavab matçı haqda belə danışıb: “Fikrimcə, bizim mərhələ keçmək şanslarımız çoxdu. Bir ayağımız qrup mərhələsindədi. Ancaq növbəti oyunu gözləməliyik. Çünki hələ cavab görüşü var. Qrupa düşmək üçün hələ bu qarşılaşmanı da keçirməliyik”.

Qeyd edək ki, “Aynstraxt” – “Qarabağ” görüşü bu gün saat 23:30-da başlayacaq. Frankfurtdakı görüşü portuqaliyalı Duarte Qomeşin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.