“Kommersbank Arena”da 1 saatlıq hazırlıq
29.08.2013 - 09:29
“Kommersbank Arena”da 1 saatlıq hazırlıq
Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” pley-of mərhələsinin cavab oyunu ərəfəsində son məşqini keçirib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrupuna düşmək urunda son qarşılaşmada “Ayntraxt”la görüşəcək Qurban Qurbanovun yetirmələri oyunun baş tutacağı Frankfurtun “Kommersbank Arena” stadionunda hazırlıq keçiblər.

Bakıda baş tutan ilk oyunda 0:2 hesabı ilə uduzan Ağdam təmsilçisi oyundan yalnız 1 gün əvvəl Almaniyaya çatıb. Səfər üçün bu ölkədən lazım olan icazəni yalnız dünən saat 13:00 üçün alan “Qarabağ” bundan 2 saat sonra Azərbaycanı tərk edib. Təxminən, 4 saat 50 dəqiqəlik uçuşdan sonra komanda Frankfurta çatıb.

Bu şəhərdəki “Kempinski” otelində məskunlaşan ağdamlılar 1 saatlıq fasilədən sonra məşqə yollanıb. Bakı vaxtı ilə 23:00-da məşqə çıxan komanda 1 saat hazırlıq keçib.

Qeyd edək ki, “Ayntraxt” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 23:30-da start götürəcək.

Mənbə: qarabagh.com