Rumıniyalılar Fərhad Vəliyevə şans verdi
29.08.2013 - 11:27
Rumıniyalılar Fərhad Vəliyevə şans verdi
“Ayntraxt” – “Qarabağ” oyunu bukmeker kontorlarının da diqqət mərkəzindədi. Apasport.az saytının məlumatına görə, Rumıniyada da bu matça məhz bu baxımdan böyük maraq var.

Bu üzdən Rumıniya mətbuatı hər iki komandanın cavab oyunu ərəfəsində statistikalarını açıqlayıb. Bundan başqa, pul qoyuluşu etməyi sevənlərə komandaların ehtimal olunan start heyətləri çatdırılıb. Maraqlıdır ki, rumınlar qapıda Fərhad Vəliyevə şans tanıyıb.

Qeyd edək ki, “Qarabağ”ın əsas qapıçısı xorvatiyalı Miro Varvodiç hesab olunur.