Millimizin təlim-məşq toplanışının vaxtı açıqlandı
29.08.2013 - 11:31
Millimizin təlim-məşq toplanışının vaxtı açıqlandı
Azərbaycan millisinin (U-19) təlim-məşq toplanışının vaxtı açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Arif Əsədovun rəhbərlik etdiyi komanda sentyabrın 2-dən 5-dək Bakıda hazırlıq keçəcək. Yığmamız ardınca - ayın 5-də Rusiyanın Novorossiysk şəhərinə yollanacaq və burada sentyabrın 11-ə qədər təlim-məşq toplanışını davam etdirəcək.

Qeyd edək ki, toplanışa dəvət olunacaq futbolçuların siyahısı bu günlərdə açıqlanacaq.