“Fənərbaxça”nı kim əvəzləyəcək: “Qarabağ”, yoxsa?
29.08.2013 - 11:32
Avropa Liqasının pley-off mərhələsində bu gün keçirilməsi planlaşdırılan “Jalgiris” (Litva) – “Zalsburq” (Avstriya) matçı ləğv oluna bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb Türkiyənin “Fənərbaxça” klubunun avrokuboklardan kənarlaşdırılmasıdı.
Belə ki, Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Arsenal” klubuna uduzan (0:3, 0:2) İstanbul təmsilçisi Avropa Liqasının qrupunda oynamalı idi. Lakin “sarı-lacivərdlilər” danışılmış oyunlarda iştirak etdiyi üçün Beynəlxalq Arbitraj Məhkəməsinin məlum qərarı ilə qrupa vəsiqə hüququndan məhrum olublar.
Avropa Liqasının qrupunda “Fənərbaxça”nı hansı klubun əvəzləyəcəyi ilə bağlı qərarı isə UEFA-nın İşçi Qrupunun bu gün keçiriləcək yığıncağı müəyyənləşdirəcək. Bununla bağlı müxtəlif versiyalar səslənsə də, qitə futbol qurumuna yaxın mənbələr “Fənərbaxça”nın “Zalsburq”la əvəzlənəcəyi açıqlanıb. Buna səbəb Çempionlar Liqasının III təsnifat mərhələsində istanbulluların məhz avstriyalıları mübarizədən kənarlaşdırmasıdı – 1:1, 3:1.
Bu isə o deməkdir ki, “Zalsburq” pley-off mərhələsinin nəticəsindən asılı olmayaraq, qrupda çıxış edəcək. Belə olan halda, onların Litva “Jalgiris”i ilə bu günkü cavab oyunu “Zalsburq” üçün heç bir əhəmiyyət kəsb etmir. UEFA ilk oyunda 5:0 hesabı ilə qalib gələn avstriyalıları “Fənərbaxça”nın əvəzinə Avropa Liqasının qrupuna göndərəcək. “Jalgiris” isə rəqibi qrupa yollandığı üçün cütdən növbəti mərhələyə yeganə vəsiqəni əldə edəcək. Bu gün Vilnüsdə baş tutmalı olan “Jalgiris” – “Zalsburq” matçının əhəmiyyətsizliyini nəzərə alıb keçirilməməyinə qərar verəcək.
Yeri gəlmişkən, UEFA-ya yaxın mənbələrin iddia etdiyi variantla yanaşı, başqa versiyalar da səslənir. Bəziləri pley-offda uduzan komandalar arasında ən yüksək UEFA reytinqə malik komandanı, digərləri cari mövsümün oyunlarında ən yaxşı nəticə göstərən klubun buna layiq görüləcəyini iddia edir.
Lakin sonuncu variant, ümumiyyətlə məntiqsiz görünür. Çünki bu gün baş tutacaq pley-offun cavab oyunlarından əvvəl keçiriləcək iclasda həmin matçların nəticələri necə nəzərə alınacağı bilinmir. Üstəlik, I təsnifat mərhələsindən mübarizəyə başlayıb 7 qarşılaşma keçirənlərlə, pley-offdan yarışa qatılanlarla nəticəsi necə müqayisə oluna bilər? Bu tip məntiqli-məntiqsiz onlarla versiya arasında ölkəmizdə “Qarabağ”ın belə güzəştli kart qazanacağına da ümid edənlər var. Hərçənd, təmsilçimiz nə yüksək reytinqli, nə də ən yaxşı nəticəyə malik komandadı. Belə ümidlər isə bütün ölkələrdə yaranıb. Hətta Qazaxıstan mətbuatı da “Aktobe”nin qrupa düşəcəyini gözləyir.

0
0