“Bakı” “Neftçi”yə söz atdı: Hakim səhvləri olmasa...
29.08.2013 - 12:03
“Bizi çox çətin oyun gözləyir. “Neftçi” böyük klubdu və bizimlə görüşdə onları favorit saymaq olar”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın baş məşqçi Milinko Pantiç deyib.
Topaz Premyer Liqasının V turunda “Neftçi” ilə qarşılaşacaq “zolaqlılar”ın serbiyalı çalışdırıcısı oyun öncəsi fikirlərini açıqlayıb. O, klubun saytına açıqlamasında hakimlərin “ağ-qaralar”a rəğbət etməsindən ehtiyatlanır: “Nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Fikrimcə, hakim səhvləri və digər amillərin təsiri olmasa, bizi gözəl bir matç gözləyir”.
Qeyd edək ki, “Bakı” oyuna hazırlıqlarını bu gün səhər məşqi ilə davam edib. Elvin Әliyev məşqdə iştirak etməyib, Şəhriyar Әliyev və Junior komandadan ayrı çalışıblar.
“Bakı” – “Neftçi” matçı isə avqustun 31-də saat 18:00-da başlayacaq.

0
0