Droqbanın Terimlə bağlı paylaşdığı – FOTO
29.08.2013 - 12:15
“Qalatasaray”ın Superliqanın II turunda “Bursaspor”la matçın 2-ci hissəsində Didye Droqbanın əvəzləndikdən sonra birbaşa paltardəyişmə otağına yollanması bəzi söz-söhbətlərə yol açıb. Apasport.az saytının məlumatına görə, afrikalı hücumçunun bu hərəkəti baş məşqçi Fatih Terimlə münasibətlərinin soyuması kimi yozulmuşdu.
Ancaq Droqba “Instagram” hesabı ilə Terimlə birlikdə olduğu şəkli paylaşıb və aralarının dəymədiyini belə izah edib: “Gücsüz insanlar ən yaxşıların nə etdiyini tənqid etmə bacarığına sahibdir. Sən yalan söyləməyə davam edə bilərsən, ancaq bunu xatırla. Sən sadəcə, bizi güclü və daha güclü edirsən”.

0
0