Superkubok: Qətər Azərbaycana qalib gəldi – FOTO
29.08.2013 - 12:34
Superkubok: Qətər Azərbaycana qalib gəldi – FOTO
İspaniya Superkubokunun “Barselona” ilə “Atletiko” arasında cavab oyununa müxtəlif prizmalardan yanaşıblar. Apasport.az saytının məlumatına görə, 0:0 hesabı ilə başa çatan görüşü Qətər – Azərbaycan matçı da adlandırıblar.

Belə ki, Peru mətbuatı qarşılaşma ilə bağlı yazını “İspaniya Superkubokunda Qətər Azərbaycana qalib gəldi” sərlövhəsinə üstünlük verib. Bu isə klubların titul sponsorları ilə bağlıdır. Çünki “Barselona” “Qatar Airways”, “Atletiko” isə “Azerbaijan Land of Fire” sözləri əks olunan formanı daşıyır.

Yazıda İspaniya çempionatının ən məhsuldar futbolçusu Lionel Messi ilə bu ölkənin milli komandasının ən yaxşı bombardiri olan David Vilyanın maraqlı şəklindən də istifadə olunub. Burada sinəsində “Azerbaijan Land of Fire” yazılan Vilyanın “Qatar Airways” əks olunan Messiyə çatmağa çalışdığı, lakin ondan geri qaldığı görünür.