“Simurq”un sabiq hücumçusu AEK-ə keçdi
29.08.2013 - 13:12
“Simurq”un sabiq hücumçusu AEK-ə keçdi
Yayda “Simurq”dan ayrılan Zdravko Popoviç özünə komanda tapıb. Apasport.az saytının məlumatına görə, xorvatiyalı hücumçu karyerasını Yunanıstanın məşhur klublarından olan AEK-də davam etdirəcək.

Belə ki, 30 yaşlı futbolçu Afina klubu ilə 2 illik müqavilə bağlayıb. Ötən mövsüm “Simurq”da 6 qol vuran futbolçu gələcəkdə müqaviləsinin müddətini 1 illiyə uzatmaq ixtiyarına da malikdir.

Qeyd edək ki, AEK ötən mövsüm maliyyə böhranına görə tarixində ilk dəfə Superliqadan düşüb. 11 dəfə Yunanıstan çempionu olmuş klub III dəstədən mübarizəyə başlayacaq ki, burda da həvəskar komandalar çıxış edir.