Çempionlar Liqası: Püşk daha ədalətli atılmalıdı!
29.08.2013 - 13:40
İndiyədək Çempionlar Liqasına 4-cü səbətdən qatılan heç bir komanda çempion ola bilməyib
Bu gün Monte Karloda "Mançester Yunayted", "Çelsi", "Real", "Barselona" və "Bavariya" kimi nəhəng klubların rəsmiləri kreslosunda əyləşəcək və Çempionlar Liqasının püşkatmasını izləyəcəklər. Heç biri məyus olmayacaq. Çünki UEFA güclü komandaların püşkatmada daha üstün olması üçün əlindən gələni edir. Teleyayın gəlirləri baxımından UEFA-nın sevimlisi olan bu klublar püşkatma zamanı çox rahat olurlar. Çünki onlar püşkatmada eyni - 1-ci səbətdə yer aldığından eyni qrupa düşmək şansları yoxdu. Amma bu hal heç də ədalətli deyil. Qrup matçlarının sonunda əksər hallarda bu nəhənglər problemsiz şəkildə növbəti mərhələyə keçir.
Püşkatma zamanı isə "Allahım "Barselona", "Bavariya", "Real" çıxmasın" deyə dua edən 3-cü və 4-cü səbətlərdəki komandaların nələr yaşadığını isə əsla bilmirlər. UEFA mütləq bunun qarşısına keçməli və azad bir seçki sistemi yaratmalıdı.
Bununla yanaşı, eyni ölkənin iki komandasının 1/4 finala qədər rəqib olması qadağan edildiyindən turnirə 2 və daha çox klub göndərən "böyük beşlik" ölkələri bu vəziyyətdən də lazımınca maraqlanır.
Sistem necə işləyir?
Çempionlar Liqası 1999-2000 mövsümündə tamamilə yeniləndi və komanda sayı artırıldı. 1996/97 mövsümünə qədər yalnız ölkə çempionları turnirə birbaşa qatılırdısa, "Mançester Yunayted" 1999-cu ildə əvvəlki mövsüm ölkə çempionluğu yaşamadan ÇL kubokunu muzeyinə aparan ilk komanda oldu.
UEFA daha sonra klublar əsasında yeni bir meyar müəyyənləşdirdi. Hər klubun avrokuboklarda son 5 mövsümdə əldə etdiyi uğurlar və əlavə olaraq ölkə komandalarının qazandığı nailiyyətlər nəzərə alındı. Məhz bu meyar əsasında ölkələrin ÇL-ə neçə və hansı mərhələdən klub göndərməsi müəyyənləşdi.
Ümumiyyətlə püşk torbalardakı sıralamanı təyin edən xallardan son 5 mövsümü çıxarmaq, yaxşı bir başlanğıc ola bilər. ÇL-in 4 səbətində kimin hansında olacağı son 5 ildə komandaların əldə etdiyi nəticələrə əsasən müəyyənləşir və 1-ci 4-cüyə doğru güclü-zəif ardıcıllığı izlənilir. Bu kimin ən güclü olduğunu qətiyyən əks etdirmir. Çünki 3-5 il əvvəl əla formada olan klub ötən il uğursuz çıxış etsə belə, həmin o 5 il əvvələ görə zirvədə qalmağa davam edir. Məsələn, "Mançester Yunayted" kimi. İngilislər 2008-ci ildə ÇL qalibi olanda Avropanın ən güclü komandası sayılırdı. 5 il keçməsinə baxmayaraq, UEFA hələ də həmin uğuru nəzərə alaraq "qırmızı şeytanlar"ın səbətini müəyyənləşdirir.
Ən önəmlisi bu sistem son dövrlər çıxışa keçən və Avropanın elit klubu olmağa namizəd komandaları sözügedən nəhənglər qarşısında çətin vəziyyətə salır. "Yuventus" uzun illər sonra ÇL-dəki ilk mövsümündə 1/4 finala yüksəldi və çempion "Bavariya" tərəfindən keçildi. Amma Turin klubu cari mövsüm 3-cü səbətdən yarışa qoşulur. Niyə? Çünki 2010-cu ildə "Yuve" Avroliqada "Fulhem"ə məğlub olmuşdu. Ağlabatan deyil, ona görə ki, 3 il əvvəlki "Yuventus"la bu günkü arasında çox fərq var. İndi onlar qat-qat güclüdü və 1-ci torbada olmağa layiqdi. Əgər komandalar bir mövsüm öncəki çıxışına əsasən qiymətləndirilsə, daha ədalətli bir görüntü yaranardı (Ekspressfutbol qəzeti).
3 il əvvəlki vəziyyət nəzərə alınmasa, "MY" və "Arsenal" sıralamanın aşağı tərəfinə geriləyərkən, "Borussiya" (Dortmund), "Yuventus" və PSJ kimi komandalar yüksəlişə keçərdi.
Ötən mövsüm avrokuboklarda "MY" və "Arsenal"dan daha yaxşı işlərə imza atan düz 14 komanda var idi. Ondan əvvəlki mövsüm bu rəqəm "Arsenal" üçün 10 idisə, qrupdan çıxa bilməyən “qırmızı şeytanlar” üçün 28 idi. Amma nədənsə ədalətsiz sistem "topçular"ı cari mövsüm də püşkatmaya 1-ci torbadan qoşur. Pley-off vasitəsilə ÇL-ə düşən bir klub 1-ci səbətdə olmamalıdı.
Ötən 5 mövsümün heç birində "Arsenal"ın heç bir uğuru olmasa da, UEFA sıralamasında 6-cı pillədədi. "MY" isə hələ də 2011-ci ildə finala yüksəldikləri ssenariyə bel bağlayıb. "Barselona"ya məğlub olduqları həmin finaldan bəri ÇL-də cəmi 6 qələbəsi var. Hansı ki, bunların ikisi Rumıniya "Otselul"una qarşı qazanılıb. Bu cür forma ən yüksək pillədə olmağa layiq deyil. UEFA-nın beş illik xal sisteminə görə "Yunayted" hazırda Avropanın ən yaxşı 5-ci komandasıdı. Amma son 2 mövsümdə buna layiq olduqlarını göstərəcək oyun oynamayıblar. Hətta onlar son 2 mövsümdə avrokuboklarda xal qazanmasalar belə, yenə də bu ilki püşkatmaya 2-ci səbətdən qoşulacaqdılar. Bu tamamilə məntiqsizdi.
Məsələnin digər tərəfinə baxaq, hazırda heç kəs Dortmund "Borussiya"sının Avropada ən nüfuzlu klublarından biri olduğunu inkar edə bilməz. Ötən mövsüm 4-cü torbadan yarışa qoşulsalar belə, finala çıxdılar. "Mançester Siti" və "Real" başda olmaqla bir çox komandanı turnirdən kənarlaşdırdılar. Amma yenə də son 5 mövsümün meyarına əsasən, 1-ci torbaya düşə bilmirlər. Belə güclü komandaların zəiflərin səbətində yer alması ortaya ədalətsiz görüntü çıxarır.
UEFA məntiqinə əsasən, ilk torbada iştirak edən komandalar o il üçün Avropanın ən yaxşıları, dördüncü torbadakılar isə ən zəifləridi. Amma UEFA yaxşı işlərə imza atan klubları mükafatlandırmaq istəyirsə, tamamilə sərbəst püşkatmaya keçməlidi. Məsələn "MY" həqiqətən 1-ci səbətdə olmağa layiqdisə, onsuz da 2-ci və ya 3-cü səbətdən qrupa düşsə belə, burada təsadüfən qarşısına çıxan istənilən rəqibə gücünü göstərəcək. Amma son 5 ilin üçündə yaxşı, ikisində pis olmağı davam etdirdikcə bəzi komandalar toxunulmazlıqlarını qoruyacaq və bu da "Borussiya" kimi klubların hegemoniyanı qırmasını çətinləşdirməyə davam edəcək.
Bu vəziyyət necə dəyişə bilər?
Əgər UEFA təkcə əvvəlki mövsümün nəticələrinə əsasən püşkatma sistemi yaratsa, problem həll olar. Belə olan halda güclülər güclü, nisbətən zəiflər isə öz tayları ilə elə qruplarda qarşılaşıb kubok yolunda önünü aça bilər. Eyni zamanda 1/4 finala qədər eyni ölkə komandalarının bir-biriylə rəqib ola bilməməyi qaydasını ləğv edərək İspaniya, İngiltərə və Almaniyadan savayı digər ölkələrin klublarına da şans açıla bilər.

0
0