“Xəzər Lənkəran”ın sabiq futbolçusu Türkiyə çempionatında
29.08.2013 - 14:32
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Türkiyə çempionatında
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Gökhan Güləç özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, türkiyəli hücumçu karyerasını vətənində davam etdirəcək.

Güləc Türkiyə çempionatının 1-ci liqada çıxış edən “İnegölspor”a keçib. Onunla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, bu ilin yanvarında “Xəzər Lənkəran”a keçən Gökhan təxminən ölkəmizdə 4 ay çıxış edərək ötən mövsüm bitən kimi heyətdən kənarlaşdırılıb. Türkiyəli cənub təmsilçisində 10 çempionat və 2 kubok qarşılaşmasında meydana çıxıb. Bu oyunlarda 3 sarı vərəqə alan futbolçu cəmi 2 dəfə qol sevinci yaşayıb.