Rəhim Həsənovun cəzası erkən bitdi
29.08.2013 - 16:42
Rəhim Həsənovun cəzası erkən bitdi
Topaz Premyer Liqasının V turunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın Hakimlər Komitəsi cari mövsüm qoyulan ənənəni davam etdirib. Belə ki, arxada qalan 4 turun hərəsində 2 oyunda əlavə köməkçi hakimlərinə təyinat verən komitə bu dəfə “Qəbələ” – “Xəzər Lənkəran” və “Bakı” - “Neftçi” qarşılaşmalarını fərqləndirib. Paytaxt derbisi III turdakı kobud səhvi ilə diqqət mərkəzinə düşən və cəzalanacağı gözlənilən Rəhim Həsənova tapşırılıb. Bu isə o deməkdir ki. ciddi səhv edən FİFA referisi cəmi 1 turluq “istirahət edib”. Liderlərin iştirakı ilə keçiriləcək “Qarabağ” –AZAL oyununda isə elə 4 ədalət təmsilçisi olacaq.

31 avqust (şənbə)
18:00. “Sumqayıt” – “Rəvan”
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, İsgəndər Əliyev, Xəlil Hüseynli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Nahid Əliyev, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
Qəbələ şəhər stadionu

18:00. “Bakı” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Yaşar Abbasov, Feyzulla Feyzullayev
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev
“Bakı” FK-nın Təlim-Məşq Bazası

1 sentyabr (bazar)

20:00. “Qarabağ” – AZAL
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Sərxan İsmayılov
Tofiq Bəhramov adına Respublika stadionu

20:00. “İnter” – “Simurq”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elman Musayev, Namiq Bəkirov
“Şəfa” stadionu