“Rəvan” 3 futbolçunun transferini rəsmiləşdirdi
29.08.2013 - 16:54
"Rəvan” bu gün daha 3 futbolçunun transferini rəsmiləşdirib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar qapıçı Kamal Bayramov və yarımmüdafiəçilər Cəmşid Məhərrəmov ilə Kristian Torresdir.
Son mövsümü Qərb bölgəsinin təmsilçilərində - uyğun olaraq "Turan” və "Kəpəz”də keçirmiş yerli futbolçularla 2 illik müqavilə imzalanıb. 2011-ci ilin yayından etibarən 1,5 il ərzində “Rəvan”ın şərəfini qorumuş, son qış "transfer pəncərəsi”ndə "Qarabağ”a keçərək ölkə çempionatının gümüş medallarını qazanmış argentinalı pleymeykerlə isə müddəti mövsümün sonuna qədər olan saziş imzalanıb.
Qeyd edək ki, hər 3 futbolçu ilə bu gün müqavilə bağlanacağını ilk olaraq saytımız yayıb.

0
0