UEFA təsdiqlədi: “Qarabağ” qrupda oynaya bilər
29.08.2013 - 17:51
UEFA təsdiqlədi:  “Qarabağ” qrupda oynaya bilər
Bu gün UEFA-nın İşçi Qrupunun yığıncağı keçirilib. Apasport.az saytının məlumatına görə, qurum rəsmiləri Türkiyənin “Fənərbaxça” klubunun avrokuboklardan kənarlaşdırılmasından sonra Avropa Liqasının qrupunda Türkiyə klubunu kimin əvəzləyəcəyinə qərar verib.

Qərara əsasən bu komandanın adına püşk aydınlıq gətirəcək. Belə ki, bu gün keçiriləcək pley-off mərhələsinin cavab oyunlarından sonra məğlub olan 30 komandanın iştirakı ilə püşk atılacaq. Püşkdə bəxti gətirən uduzmuş komanda qrup mərhələsində “Fənərbaxça”nı əvəzləyəcək. Bu, qrup mərhələsinin sabah keçiriləcək püşkatmasından əvvəl Bakı vaxtı ilə saat 12:00-da gerçəkləşəcək. Qrup mərhələsinin püşkü isə 15:45-də atılacaq.

Qeyd edək ki, Almaniyada “Ayntraxt”ın qonağı olacaq “Qarabağ” 0:2 hesablı məğlubiyyətin əvəzini çıxa bilməsə taleyi püşkdən asılı olacaq.