Qurban Qurbanov: 30-cu oyun, 40-cı qol
30.08.2013 - 01:14
Avropa Liqasının pley-off mərhələsinin “Ayntraxt”la Almaniyanın Frnakfurt şəhərindəki oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis avrokuboklarda baş məşqçi kimi 30-cu oyununu keçirib.
Qitə miqyaslı turnirlərdə 2007-ci ildə “Neftçi”nin “Rid”lə Avstriyadakı oyununda debüt edən Qurbanov 30-a həmin ölkə ilə qonşuluqda yerləşən Almaniyada çatıb. Debüt etdiyi komandada cəmi 2 matç keçirən mütəxəssis digər oyunlarını “Qarabağ”da keçirib. Bu müddətdə 16 qələbəsi, 7 heç-heçəsi və eyni sayda məğlubiyyəti olan baş məşqçi yubileyini 1:2 hesablı yenilgi ilə qeyd etdi.
Lakin bu matçda təmsilçimizin vurduğu yeganə qol da Qurbanov üçün əlamətdar oldu. Reynaldo da Silva baş məşqçini sevindirən 40-cı, yubiley avrokubok qoluna imza atdı. Qurbanovun yetirmələri isə 31 dəfə qapısında qol görüb.

0
0