Sadıqova çatdı, Sadiqov əlçatmaz qaldı
30.08.2013 - 01:34
Sadıqova çatdı, Sadiqov əlçatmaz qaldı

Azərbaycan klublarının avrokubolardakı ən məhsuldar futbolçularının siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin “Ayntraxt”la Almaniyanın Frnakfurt şəhərindəki oyununda “Qarabağ”ın yeganə qoluna imza atan Reynaldo da Silva ən yaxşılar sırasına daxil olub.

Təmsilçimizin 1:2 hesabı ilə uduzduğu qarşılaşmada fərqlənən braziliyalı legioner Azərbaycan klubları üçün qitə miqyaslı turnirlərdə 5-ci qolunu vurdu. Bununla da bütün qollarını cari mövsümdə vuran Reynaldo komanda yoldaşı Rəşad Sadıqova və “Qarabağ”ın sabiq üzvü Əfran İsmayılova çatdı. Hər 3 futbolçunun hesabında 5 qol var və onlar 2-ci yerə şərikdirlər.

Bu göstəricidə mütləq rekord isə Ağdam təmsilçisinin daha bir sabiq oyunçusuna məxsusdur. Hazırda “Neftçi”də çıxış edən Rəşad Sadiqov avrokuboklarda hamıda çox qol vurub. Yarımmüdafiəçi 7 qolla Reynaldonun da daxil olduğu “üçlüy”ü 2 top qabaqlayaraq əlçatmaz qalıb.