4-cü dəfə “10+”
30.08.2013 - 01:59
Reynaldo da Silvanın Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Ayntraxt”ın qapısına vurduğu qol “Qarabağ”ın cari avrokubok mövsümündə yubiley – 10-cu qolu oldu. Apasport.az saytının məlumatına görə, futbol tariximizdə 4-cü dəfə təmsilçimizin qol sayı 2 rəqəmlə ifadə olunur.
Oıl belə nailiyyət 2010/11 mövsümündə qeydə alınıb. Həmin vaxt “Qarabağ” Avropa Liqasını 12 qolla tərk etmişdi. Elə növbəti il də ağdamlılar 10-a çatmağı bacardı. Həmin vaxr indiki kimi 10-cu qol həm də sonuncu oldu. Düzdür, sabah atılacaq püşk nəticəsində komandamız mübarizəni qrupda da davam etdirə bilər.
Təmsilçilərimizdən birinin 10 və daha çox qol vurmaq ənənəsini ötən mövsüm “Neftçi” davam etdirdi. Tarix yazmaqla qrupa düşən ilk Azərbaycan klubu olan “ağ-qaralar” çempionlar Liqası və Avropa Liqasında üst-üstə ölkəmiz üçün rekord sayda 15 qol vurdu. Püşk üzünə güləcəyi halda “Qarabağ” bu rekordu qrupda qıra bilər.

0
0