Reynaldo: Avropa Liqasının 8-cisi
30.08.2013 - 08:13
Avropa Liqasının ən məhsuldar futbolçularının növbəti siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, IV təsnifat mərhələsinin cavab oyunlarından sonra açıqlanan ilk “10-luq”da Azərbaycan təmsilçisi də var.
Belə ki, “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Reynaldo Silva hazırda 8-ci pillədə qərarlaşıb. Almaniyanın “Ayntraxt” klubuna Frankfurtda 1:2 hesabı ilə uduzduğumuz cavab oyununda qol sevinci yaşayan cənubi amerikalı mövsümdə 5-ci dəfə fərqlənib. Bununla da Reynaldo 5 qol vuranlar arasında yer alıb. Bununla da 536 dəqiqəyə 5 qol vuran braziliyalı bu qədər qol vuranlar arasında sonuncu pillədədir. Yəni ümumilikdə 8 oyunçu 5 və daha çox qol vurub.
Avropa Liqasında ən azı 5 qol vuranlar
1. Paulo Enrike (“Trabzonspor”, Türkiyə) – 7 (518 dəqiqə)
2. Georgi Qrozav (“Petrolul”, Rumıniya) – 6 (385 dəqiqə)
3. Rayo (“Makkabi”, Hayfa, İsrail) – 6 (479 dəqiqə)
4. Ömər Ər Rafiq (“Differdanj”, Lüksemburq) – 6 (518 dəqiqə)
5. Ömər Damari (“Hapoel”, Təl-Əviv, İsrail) – 5 (320 dəqiqə)
6. Leon Benko (“Rieka”, Xorvatiya) – 5 (422 dəqiqə)
7. Marko Payxao (“Şlensk”, Polşa) – 5 (432 dəqiqə)
8. Reynaldo Silva (“Qarabağ”, Azərbaycan) – 5 (536 dəqiqə)
Qeyd edək ki, Reynaldo bütün təsnifat mərhələlərinin ilk oyunlarında və İsveçin “Gefle” klubu ilə cavab matçında fərqlənib.

0
0