Armin Fe: Heç vaxt yükləmələrdən şikayətlənməyəcəyik
30.08.2013 - 08:25
“Əhval-ruhiyyəmiz əladır, bundan yaxşı ola da bilməzdi. İndi biz bir neçə gündən bir oynayırıq ki, bu da böyük yükləmədir”. Apasport.az saytının məlumatına görə. Bu sözləri Almaniyanın “Ayntraxt” klubunun baş məşqçisi Armin Fe deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyunu haqda fikirlərini açıqlayıb. Fe 2:1 hesablı qələbədən məmnun qalıb: “Lakin bütün komandamız şaddır ki, bunu bacardıq. Gəlin indi də püşkü gözləyək. Biz qrup mərhələsini də keçmək istəyirik. Həmişə qələbəyə köklənəcəK, mərhələlər adlamağa çalışacağıq və heç vaxt yükləmələrdən şikayətlənməyəcəyik. Frankfurt azarkeşləri üçün avrokuboklar xüsusi, möhtəşəm bir şeydir. Qrupa düşməyimiz yaxşı oldu. Amma Aleksandr Meyerin zədələnməsi heç yerinə düşmədi. Yaxşı olardı ki, hücumçumuz “Borussiya” ilə Bundesliqa oyununda meydana çıxmaq iqtidarında olsun”.

0
0