Heribert Bruhhaqen: Biz bu günü 6 il idi gözləyirdik
30.08.2013 - 08:37
Heribert Bruhhaqen: Biz bu günü 6 il idi gözləyirdik
“Möhtəşəm bir gün idi. Biz bu günü 6 il idi gözləyirdik”. Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın “Ayntraxt” klubunun prezidenti Heribert Bruhhaqen deyib.

Klub rəhbəri Avropa Liqasının pley-off mərhələsində “Ayntraxt” – “Qarabağ” matçı ilə bağlı fikirlərini açıqlayıb. Bruhhaqen ilk matçda 2:0, cavab görüşündə 2:1 hesabı ilə qalib gələn komandasına təşəkkür edib: “Düzdür, yüksək səviyyədə oynamadıq. Bu ikinci matçda elə də əhəmiyyətli deyildi. Son 2 ildə komandamızda çox düzgün işlər görülüb. Bruno Hubnerlə Armin Fe yeni komanda formalaşdırıblar və “Qarabağ”la görüşdə də bu işin nəticəsini gördük. Frankfurtlular qrupa düşdükləri üçün çox xoşbəxtdirlər”.