Ruslan Abışov Avroliqada növbəti oyununu keçirdi
30.08.2013 - 08:53
Ruslan Abışov Avroliqada növbəti oyununu keçirdi
Milli komandamızın futbolçusu Ruslan Abışovun çıxış etdiyi “Rubin” Avroliqanın qrup mərhələsinə çıxıb. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi Norveçdə “Molde”yə 2:0 hesabı ilə qalib gəldiyindən, cavab görüşünə rahat çıxmışdı.

Rusiyadakı görüşdə “Rubin” Norveç çempionunu darmadağın edib – 3:0. Sevindirici haldır ki, bu görüşdə həmyerlimiz də 26 dəqiqə meydanda olub. Ruslan görüşün 64-cü dəqiqəsində oyuna daxil olub. O, sentyabrın 7-də yığmalar səviyyəsində üz-üzə gələcəyi israilli Bibras Natxonu əvəzləyib.

Qeyd edək ki, bundan öncə Ruslan Abışov Avroliqanın 3-cü təsnifat mərhələsi çərçivəsində Danimarkanın “Ranners” klubu ilə cavab görüşündə meydana çıxmışdı. O, 2:0 hesabı ilə başa çatan görüşün 87-ci dəqiqəsindən oyunda olmuşdu.