“Qarabağ” elə komanda deyil ki...”
30.08.2013 - 08:56
“İkinci hissənin ortalarında bir balaca sakitləşdik. Bunu etmək lazım deyildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Ayntraxt” klubunun futbolçusu Yan Rozental deyib.
Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyununda (2:1) Frankfurt təmsilçisinin qələbə topunun vurmasında rolu olan Rozental matç haqda fikirlərini açıqlayıb: “Qarabağ” elə komanda deyil ki, uduzmağa gəlsin. Rəqib çox yaxşı komanda olduğunu sübut etdi. Onların heyətində güclü braziliyalı oyunçular var. Qol vurulan epizoda gəlincə isə mən özüm də buna təəccübləndim. Həmin anda qapıçının irəli çıxdığını görüb bundan yararlandım. Stadiondakı ab-hava möhtəşəm, azarkeşlərin bizi necə dəstəkləməsi ağlasığmaz idi. Bütün Frankfurt Avropa Liqasında mübarizəyə başlamağınızı səbirsizliklə gözləyirdi. İndi isə püşkü gözləyəcəyik”.

0
0