“Bavariya” Superkubokun qalibi oldu
31.08.2013 - 02:04
Ötən gün UEFA Superkuboku uğrunda oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Çexiyanın paytaxtı Praqada baş tutan qarşılaşmada Almaniyanın “Bavariya” və İngiltərənin “Çelsi” klubları üz-üzə gəlib.
Erkən qolla məğlub duruma düşən “Bavariya” 47-ci dəqiqədə Riberi ilə hesabı bərabərləşdirə bilib. 90 dəqiqəsi 1:1 bərabərliklə başa çatan oyunda əlavə vaxt elan olunub. Münhen klubu əlavə vaxta da məğlub başlasa da sonuncu dəqiqədə yenə hesabı bərabərləşdirib – 2:2. Qalib müəyyənləşmədiyinə görə, tərəflər penaltilərə üz tutub. Penaltilər seriyasında daha dəqiq oynayan Pep Qvardiolanın yetirmələri qalib gəliblər.
Bununla da tarixində 4-cü dəfə bu mükafat uğrunda oynayan Münhen təmsilçisi indiyədək qazana bilmədiyi kuboku əldə edib.
Qeyd edək ki, “Eden” stadionundakı matçın UEFA nümayəndəsi AFFA-nın baş katibi Elxan Məmmədov olub.
UEFA Superkuboku
30 avqust
“Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) - 2:2 (penaltilər - 5:4)
QOL: Riberi, 47, Martines, 120 - Torres, 8, Hazard, 93
Qırmızı vərəqə Ramires, 85 (“Çelsi”)
Baş hakim: Yonas eriksson (İsveç)
Praqa. “Eden” stadionu

0
0