“Orduspor”un baş məşqçisi: Subaşiç var...
30.08.2013 - 10:52
“Hazırda hücumçu transfer etməyi düşünmürük”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Orduspor” klubunun baş məşqçisi Ərkan Sözəri deyib.
Klub prezidentinin koməkçisi olan Tahsin Türkmən verdiyi açıqlamasında hücumçu və sağ cinah müdafiəçisi almaq istədiklərini bildirmişdi. O, irəlidə qol sıxıntısı yaşayan komandaya ilk növbədə hücumçu transferi etməyi düşündüklərini söyləmişdi. Bu isə “Orduspor”da qol hesabını aça bilməyən millimizin hücumçusu Branimir Subaşiçin əsas heyətdəki yerini itirə biləcəyindən xəbər verirdi.
Ancaq “Orduspor”un baş məşqçisi verdiyi açıqlamasında hücuma oyunçu almağı düşünmədiklərini bildirib: “Onsuz da mərkəz hücumçusu mövqeyində Subaşiç və İonitsemiz var. Landel bildiyiniz kimi mərkəz yarımmüdafiəçisidir, ancaq onu cinahda oynadırıq. Bu üzdən bir cinah futbolçusu, bir də mümkün olarsa, yarımmüdafiənin mərkəzinə alternativ ola biləcək yaxşı bir oyunçu almağı planlaşdırırıq”.

0
0