“Beşiktaş”ın avrokuboklardan kənarlaşdırılacağı təsdiqləndi
30.08.2013 - 11:10
Bu gün İdman Arbitraj Məhkəməsi (CAS) Türkiyənin “Beşiktaş” klubu ilə bağlı qərarını rəsmi saytı vasitəsilə açıqlayıb. Apasport.az-ın məlumatına görə, CAS UEFA İntizam Komitəsinin İstanbul klubu ilə bağlı çıxardığı 1 il avrokuboklardan kənarlaşdırılma qərarını qüvvədə saxlayıb.
Beləliklə, “Beşiktaş” 2013/14 avrokubok mövsümündən kənarlaşdırılıb. O, dünən “Trömse” klubu ilə mübarizədə Avroliqanın qrupuna düşməyi bacarsa da, yerini Norveç klubuna verməli olub.
UEFA-nın müvafiq qurumu iyulun 15-də “Beşiktaş”ı oyunları almaq iddiası ilə avrokuboklardan kənarlaşdırmışdı. Ancaq “Beşiktaş” tərəfi avqustun 20-də İsveçrənin Lozanna şəhərində CAS-a apellyasiya ünvanlamışdı. “Beşiktaş” pley-offda oyun keçirəcəyindən tərəflər qərarın İstanbuldakı matçın ertəsi açıqlanmağı barədə razılığa gəlmişdi.
Qeyd edək ki, CAS 2 gün öncə UEFA-nın “Fənərbaxça”nın avrokuboklardan kənarlaşdırılması haqda qərarı da qüvvədə saxlamışdı. Ancaq “sarı-lacivərdlilər”in cəzası “Beşiktaş”dan fərqli, 2 avrokubok mövsümünü əhatə edir.

0
0