UEFA Azərbaycan hakimlərini Sloveniyaya göndərir
30.08.2013 - 14:17
UEFA Azərbaycan hakimlərini Sloveniyaya göndərir
Azərbaycanlı qadın hakimləri beynəlxalq oyunlara təyinat alıb. Apasport.az saytının məlumatına görə, FİFA referisi Səbayel Qurbanova və FİFA referi köməkçisi Gülyana Güvəndiyeva UEFA-dan dəvət alıb.

Hakimlərimiz 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının VII qrupunun oyunlarını idarə edəcəklər. İtaliya, Polşa, Sloveniya və Albaniya yığmalarının mübarizə aparacağı bu qrupun oyunları sentyabrın 20-dən 27-dək Sloveniyada keçiriləcək.

Mənbə: affa.az