Qardaş qardaşa, Toşak Syominə qarşı: AZAL zirvəyə qalxa biləcəkmi?
30.08.2013 - 15:55
Sabah Topaz Premyer Liqasında V tura start veriləcək. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində sonuncu olan turun qarşılaşmaları 2 gün ərzində keçiriləcək.
Turun ilk günündə 3 qarşılaşma baş tutacaq ki, bunlardan ən maraqlısı paytaxtda olacaq. Son 3 mövsümün çempionu paytaxt derbisində “Bakı” ilə görüşəcək. Öz meydanında çıxış edəcək “zolaqlılar” uğursuz startdan sonra qazanılan 2 qələbənin davamını gətirməyə çalışacaqlar. Son görüşlərində böyük hesabla qalib gələn Milinko Pantişin yetirmələrinin bu dəfəki rəqibi isə zirvəni qaytarmağa çalışır. Cari mövsümdə uduzmayan 2 klubdan biri olan “Neftçi” “Qarabağ”ın büdrəməsini gözləyir.
Özünün adət etmədiyi pillədə qərarlaşan “Xəzər Lənkəran” ilk qələbəsini Qəbələdə qazanmağa çalışacaq. Son 2 turda məğlub olan Yuri Syominin yetirmələri də xal hesabını artırmaq iddiasındadır. Rusiyalı mütəxəssisin uelsli həmkarı Con Toşakla dueli təcrübəli baş məşqçilərin qarşıdurması kimi də diqqət çəkir.
Hələ də xal qazanmayan, son oyunlarda 5 qol buraxmağa öyrəşən “Rəvan” isə “Sumqayıt”ın qonağı olacaq. Durumunu yaxşılaşdırmağa çalışan “Gənclik şəhəri” təmsilçisi heyətini yeniləməkdə davam edən rəqibini xalsız qoymağa çalışacaq. Bakılılar isə ilk xal üçün səfərə yollanıb.
Turnir cədvəli baxımından mərkəzi oyun sayılan “Qarabağ” – AZAL matçı isə liderin dəyişməsi ilə nəticələnə bilər. Turun 2-ci günündə baş tutacaq qarşılaşmayadək xal itirməyən Ağdam təmsilçisi qələbə seriyasını 5-ə çatdırmağa çalışacaq. Startdakı məğlubiyyətdən sonra ardıcıl 3 dəfə 3 xal qazanan “təyyarəçilər” qalib gəlməklə zirvəyə də yüksələ bilər.
“Şəfa”da keçiriləcək qarşılaşma isə “qardaşlar”ın dueli olacaq. İlk qələbəsini son turda qazanan “İnter” yaxşı startdan sonra ardıcıl 2 dəfə uduzan “Simurq”u qəbul edəcək. Səfərdə rəqibindən hələ də xal ala bilməyən zaqatalalıların sindromu bu dəfə qıracağı inandırıcı görünmür.
Topaz Premyer Liqası
V tur
31 avqust (şənbə)
18:00. “Sumqayıt” – “Rəvan”
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, İsgəndər Əliyev, Xəlil Hüseynli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Nahid Əliyev, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
Qəbələ şəhər stadionu
18:00. “Bakı” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Yaşar Abbasov, Feyzulla Feyzullayev
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev
“Bakı” FK-nın Təlim-Məşq Bazası
1 sentyabr (bazar)
20:00. “Qarabağ” – AZAL
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Sərxan İsmayılov
Tofiq Bəhramov adına Respublika stadionu
20:00. “İnter” – “Simurq”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elman Musayev, Namiq Bəkirov
“Şəfa” stadionu
Bombardirlər: Cavid Hüseynov, Mindauqas Kalonas (hər ikisi “Bakı”), Bahodir Nasimov (Neftçi), Marinaldo da Silva (Qarabağ), Viktor İqbekoyi (AZAL), Baçana Sxadadze (İnter) – hsmısı 3 qol

| komanda | o | q | h | m | t | x | |
1 | Qarabağ | 4 | 4 | 0 | 0 | 10-2 | 12 |
2 | Neftçi | 4 | 3 | 1 | 0 | 7-1 | 10 |
3 | AZAL | 4 | 3 | 0 | 1 | 5-5 | 9 |
4 | Qəbələ | 4 | 2 | 0 | 2 | 6-6 | 6 |
5 | Bakı | 4 | 2 | 0 | 2 | 9-3 | 6 |
6 | Simurq | 4 | 1 | 1 | 2 | 2-4 | 4 |
7 | Sumqayıt | 4 | 1 | 1 | 2 | 4-8 | 4 |
8 | İnter | 4 | 1 | 0 | 3 | 9-8 | 3 |
9 | Xəzər L | 4 | 0 | 3 | 1 | 1-3 | 3 |
10 | Rəvan | 4 | 0 | 0 | 4 | 1-14 | 0 |

0
0