“Xəzər Lənkəran”ın 1-2 güclü futbolçusu var”
30.08.2013 - 16:43
“Qəbələ” klubunun hücumçusu Viktor Mendinin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının V turu çərçivəsində sabah “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Komandanız bu oyuna necə hazırlaşır?
- Öncə onu deyim ki, biz çempionata yaxşı başlamışdıq. Ardıcıl 2 qələbə qazanmaqla nəyə qadir olduğumuzu göstərdik. Amma son turlarda gözlənilmədən uduzduq. Təbii ki, bu yenilgilər kefimizi pozdu. Düzdü, bu cür hallarla qarşılaşmaq mümkündü. Komandada hər şey yaxşıya doğru dəyişir. “Xəzər Lənkəran”a qarşı ciddi hazırlaşırıq. Son iki matçdakı məğlubiyyəti unutdurmağa çalışacağıq.
- “Sumqayıt” və “Qarabağ”la görüşlərdə xal qazana bilmədiz. Komanda həmin məğlubiyyətlərin təsirindən çıxa bilibmi?
- Bəli, biz artıq qarşıdakı oyun haqda düşünürük. Daha doğrusu, məğlubiyyətləri unutmağa məcburuq. Futbolda hər cür nəticə qeydə alınır və buna hazır olmaq lazımdı. Keçmişlə yaşamaq olmaz. Səhvlərimizi araşdırıb, nəticələr çıxarırıq.
- “Xəzər Lənkəran” haqda nə deyə bilərsiz?
- Güclü komandadı, yaxşı futbolçuları var. Heyətlərini yeni oyunçular da qatıblar. Həmin futbolçuların bir-birinə uyğunlaşmasından sonra çox güclü olacaqlar. Lakin bizim də məqsədimiz var. Öz meydanımızda oynayacağıq. Bizi dəstəkləməyə gələn azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik.
- Yəqin ki, rəqibin komandanın nəticələri ilə maraqlanmısız. Hələ qələbə qazana bilməyən “Xəzər Lənkəran”ın bu seriyanı qırmaq üçün meydanda istəkli və aqressiv olacağı aydındır...
- Bu, normal bir haldı. Dediyiniz istək rəqiblə bərabər bizdə də olacaq. Heç bir komanda məğlubiyyət və ya heç-heçə haqda düşünmür. Meydana çıxmısansa, ancaq qələbə qazanmaq üçün mübarizə aparmalısan. Doğma meydan amili bizi ikiqat istəkli olmağa vadar edir. Oyun zamanı stadiona çoxsaylı azarkeşlər gələcək. Onlar bizdən ancaq qələbə gözləyirlər.
- “Xəzər Lənkəran”ın heyətində kimləri fərqləndirmək istərdiz?
- Rəqibin 1-2 güclü futbolçusu var. Xüsusilə, Zohair Benouahi qeyd etmək istərdim. Onu xeyli əvvəldən tanıyıram. Yaxşı futbolçudur.
- Baş məşqçiniz Yuri Syomin bütün oyunlarda sizə şans verib. Bəzilərində meydana ilk dəqiqələrdən, bəzilərində sonradan çıxmısız. Bu isə onun sizə güvəndiyini göstərir. Bəs Mendi necə, baş məşqçinin etimadını layiqincə doğrulda bilirmi?
- Baş məşqçinin mənə güvənməsi sevindirici haldı. Mənim işim isə onun verdiyi tapşırıqları meydanda icra etməkdi. Əlbəttə, hücumçu kimi qol vurmalıyam. Meydana çıxanda komandamın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Həm də mövsüm indi başlayıb. Qarşıdakı oyunlarda daha yaxşı olacağına inanıram.
- Bəs Topaz Premyer Liqasının arxada qalan 4 turu haqda nə deyə bilərsiz? Hansı komandanın çıxışı yaxşı mənada sürpriz oldu?
- Çempionatın əvvəli olduğu üçün qəti fikir bildirmək olmaz. Razıyam, bütün komandalar heyətlərini gücləndiriblər. İddialı komandaların sayı artıb. Hamı əlindən gələni edir ki, yüksək pillələrdə qərarlaşsın. Kimin buna nə dərəcədə nail ola biləcəyini isə qarşıdakı turlar göstərəcək. Onu qeyd edə bilərəm ki, “Qəbələ”nin hazırkı mövqeyi qənaətbəxş deyil. Yüksək yerlərdə olmalı idik. Ancaq çempionat uzun marafondur. Qazanacağımız qələbələrlə layiq olduğumuz pilləyə yüksələcəyik.

0
0