“İnter”&“Simurq”: 14:3 - STATİSTİKA
30.08.2013 - 17:51
Topaz Premyer Liqasının V turu çərçivəsində keçiriləcək "İnter" - "Simurq" görüşü hər 2 komanda üçün sayca 19-cu olacaq. Apasport.az-ın “bankirlər”in rəsmi saytına istinadən məlumatına görə, bunadək komandalar bir-birilə 16 dəfə çempionat, 2 dəfə ölkə kuboku çərçivəsində qarşılaşıb.
Görüşlərdə “İnter” aşkar üstünlüyə malikdir. Belə ki, rəqibini 14 dəfə məğlub edən Bakı təmsilçisi 3 dəfə uduzub və 1 dəfə heç-heçəyə nail olub. Vurulan topların fərqi isə 31:10-dur.
“İnter” - "Simurq" oyunlarında 2:0 və 1:0 hesabları populyardır. Belə nəticələr 18 görüşün 12-də qeydə alınıb. "İnter" - "Simurq" qarşılaşmaların tarixində ən böyükhesablı nəticə 4:3 hesabıdır. 2008-cı ildə “bankirlər” "Simurq"u məhz bu hesabla udub. Ən böyükhesablı qələbəyə isə “İnter” ötən mövsümdə imza atıb - 5:0.
Bunadək komandaların keçirdiyi oyunların cədvəli
Qeyd edək ki, "İnter" - "Simurq" matçı sentyabrın 1-də keçiriləcək. Oyun saat 20.00-da başlayacaq.

Mövsüm | Oyun | Hesab |
2006/07 | “İnter” - “Simurq” | 2:0 |
2006/07 | “Simurq” - “İnter” | 1:2 |
2007/08 | “İnter” - “Simurq” | 2:0 |
2007/08 | “Simurq” - “İnter” | 3:4 |
2008/09 | “Simurq” - “İnter” | 0:2 |
2008/09 | “İnter” - “Simurq”(K) | 2:0 |
2008/09 | “Simurq” - “İnter”(K) | 2:1 |
2008/09 | “İnter” - “Simurq” | 1:0 |
2009/10 | “Simurq” - “İnter” | 1:1 |
2009/10 | “İnter” - “Simurq” | 2:1 |
2010/11 | “Simurq” - “İnter” | 0:1 |
2010/11 | “İnter” - “Simurq” | 2:0 |
2011/12 | “İnter” - “Simurq” | 1:0 |
2011/12 | “Simurq” - “İnter” | 0:2 |
2012/13 | “İnter” - “Simurq” | 1:0 |
2012/13 | “Simurq” - “İnter” | 1:0 |
2012/13 | “İnter” - “Simurq” | 5:0 |
2012/13 | “Simurq” - “İnter” | 1:0 |
Qeyd edək ki, "İnter" - "Simurq" matçı sentyabrın 1-də keçiriləcək. Oyun saat 20.00-da başlayacaq.
0
0