Boatenqin yeni klubu rəsmən açıqlandı - FOTO
30.08.2013 - 18:56
Boatenqin yeni klubu rəsmən açıqlandı - FOTO
Almaniyanın “Şalke” klubu “Milan”ın futbolçusu Kevin-Prins Boatenqi heyətinə qatıb. Apsport.az saytının məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Tibbi müayinədən keçən 26 yaşlı yarımmüdafiəçi 4 illik müqavilə imzalayıb. “Şalke”nin Boatenq transferi üçün İtaliya klubuna ödəyəcəyi məbləğ isə hələ açıqlanmayıb.

Qeyd edək ki, Qana millisinin də üzvü olan Boatenq 2010-cu ildə “Borussiya”dan (Dortmund) “Milan”a transfer olunub.