CAS qərarından sonra legionerləri “Fənərbaxça”nı tərk edir
30.08.2013 - 21:49
CAS qərarından sonra legionerləri “Fənərbaxça”nı tərk edir
İdman Arbitraj Məhkəməsi (CAS) “Fənərbaxça”nı avrokuboklardan 2 il kənarlaşdırdıqdan sonra klubda narazılıqlar baş qaldırıb. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin legionerləri CAS bu qərarından sonra komandada qalmaq istəmirlər.

Beləki, “sarı-lacivərdlilər”in iki futbolçusu - portuqaliyalı Raul Meyreleş və seneqallı Musa Sou klubdan ayrılmağı qərara alıblar. Artıq Meyreleş bununla bağlı menecerinə də müraciət edib.

Qeyd edək ki, hər iki futbolçu da 2012-ci ildən “Fənərbaxça”da çıxış edir.