Sərdar Taşçı rəsmən rus klubunda
30.08.2013 - 23:02
Sərdar Taşçı rəsmən rus klubunda
“Ştuttqart”ın türk əsilli futbolçusu Sərdar Taşçının yeni klubu müəyənləşib. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi Rusiya təmsilçisi “Spartak”a (Moskva) transfer olunub.

Taşçının keçidini Moskva klubunun rəsmi saytı da təsdiqləsə də transfer qiyməti və müqavilə müddəti ilə bağlı hələlik məlumat verilməyib.

Qeyd edək ki, Almaniya millisinin də üzvü olan Taşçı “Ştuttqart” futbol məktəbinin yetirməsidir.