“Monako”dan növbəti transfer
30.08.2013 - 23:39
“Monako”dan növbəti transfer
“Monako” daha bir futbolçunu heyətinə qatıb. Apasport.az-ın məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.

Fransa təmsilçisi “Sevilya”nın 20 yaşlı yarımmüdafiəçisi Joffre Kondoqbianı transfer edib. Kondoqbia tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə 5 illik müqavilə imzalayıb. “Monako” bu keçid üçün İspaniya klubuna 20 milyon avro ödəyib.

Qeyd edək ki, Fransa millisinin də üzvü olan Joffre ötən mövsüm “Sevilya”da çıxış edib və 31 oyunda 1 qol vurub.