“Neftçi” darmadağın oldu, “Xəzər Lənkəran” yenə uduzdu
31.08.2013 - 18:52
“Neftçi” darmadağın oldu, “Xəzər Lənkəran” yenə uduzdu
Bu gün Topaz Premyer Liqasında V tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 3 görüş baş tutub.

Son çempion “Neftçi” paytaxt derbisində “Bakı” ilə üz-üzə gəlib. Öz meydanında çıxış edən “zolaqlılar” uğursuz startdan sonra qazanılan 2 qələbənin davamını gətir’ bilib. Son görüşlərində böyük hesabla qalib gələn Milinko Pantiçin yetirmələri çempiona da eyni anı yaşadıb. Cari mövsümdə uduzmayan 2 klubdan biri olan “Neftçi” isə ilk yenilgisini böyük hesabla alıb.

Hələ də xal qazanmayan, son oyunlarda 5 qol buraxmağa öyrəşən “Rəvan” isə “Sumqayıt”ın qonağı olub. Durumunu yaxşılaşdırmağa çalışan “Gənclik şəhəri” təmsilçisi heyətini yeniləməkdə davam edən rəqibini xalsız qoymağa çalışsa da, bu, baş verməyib. Bakılılar ilk xallarını qazandığına görə vaxtı ilə “Sumqayıt”da çıxış etmiş Kamil Nurəhmədova borcludur.

Özünün adət etmədiyi pillədə qərarlaşan “Xəzər Lənkəran” isə ilk qələbəsini Qəbələdə qazanmağa çalışsa da, yenə buna nail ola bilməyib. Son 2 turda məğlub olan Yuri Syominin yetirmələri inamlı qələbə ilə cənubluların qələbə həsrətini azı bir tur sonraya saxlayıb. Rusiyalı mütəxəssisin uelsli həmkarı Con Toşakla dueli təcrübəli baş məşqçilərin qarşıdurması kimi də diqqət çəkib. Beləliklə, “Qəbələ” bir tur da olsa 3-cü pillədəki yerinə qayıdıb. “Xəzər Lənkəran” isə sonuncu pilləyə düşüb.

Qeyd edək ki, V tur sabah keçiriləcək 2 oyunla yekunlaşacaq.


Topaz Premyer Liqası
V tur
31 avqust (şənbə)


“Sumqayıt” – “Rəvan” - 0:1
QOL: Kamil Nurəhmədov, 52
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, İsgəndər Əliyev, Xəlil Hüseynli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Sumqayıt: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k), 8. Aqşin Muxtaroğlu, 10. Ruslan Qurbanov, 18. Aleksandr Çertoqanov, 22. Zaur Həşimov, 27. Nurlan Novruzov, 86. Elşən Abdullayev, 91. Vüqar Əsgərov
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 7. Pərdis Fərcad-Azad, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 20. Sabir Allahquliyev, 77. Mirzağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə
Baş məşqçi: Aqil Məmmədov

Rəvan: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 7. Elvin Həsənəliyev, 10. Sebastyan Kastro-Telyo, 11. Kamil Nurəhmədov, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov, 27. Rəşad Abdullayev (k), 29. Əziz Quliyev, 38. İvan Pexa, 40. Mişel Balokoq
Ehtiyat oyunçular: 12. Fuad Əhmədov, 6. Ceyhun Cavadov, 9. Elnur Abdulov, 17. Ramazan Abbasov, 30. Cəmşid Məhərrəmov, 33. Sahib Savankulov, 35. Fredrik Holster
Baş məşqçi: Vladislav Qədirov

“Qəbələ” – “Xəzər Lənkəran” - 2:0
QOLLAR: Leonardo da Silva, 40; Lorentso Ebesilio, 67
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Nahid Əliyev, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
Qəbələ şəhər stadionu

Qəbələ: 25. Dieqo Koşta, 2. Rail Məlikov, 3. Nikola Valentiç, 4. Amit Quluzadə, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Dodo, 14. Lorentso Ebesilio, 42. Leonardo da Silva, 84. Deyan Kelhar
Ehtiyat oyunçular: 27. David Petrjkeviç, 5. Sadiq Quliyev, 11. Yannik Kamanan, 18. İbrahima Niasse, 19. Abdulvahid Afolabi, 22. Lorival Assis, 34. Ürfan Abbasov
Baş məşqçi: Yuri Syomin

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skardovelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 7. Sadio Tunkara, 10. Elnur Abdullayev, 11. Zohair Benuahi, 12. Junior Nildo,
14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 27. Adrian Skarlatake
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 6. Rasim Ramaldanov, 8. Edu Oriol, 18. Tural Cəlilov, 22. Deyvid Sakkoni, 23. Nikola Qliqorov, 55. Ağabala Ramazanov
Baş məşqçi: Con Toşak

“Bakı” – “Neftçi” - 3:0
QOLLAR: Rauf Əliyev, 11; Əfran İsmayılov, 32; Mario Alvarez, 69
QIRMIZI VƏRƏQLƏR: Cavid Hüseynov, Aqil Məmmədov, 50 (hər ikisi Bakı)
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Yaşar Abbasov, Feyzulla Feyzullayev
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev
“Bakı” FK-nın Təlim-Məşq Bazası

“Bakı”: 29. Kamran Ağayev (k), 3. Yure Travner, 4. Pedro Mario Alvarez, 5. Ruben Qonzalez, 6. Vadim Abdullayev, 7. Əfran İsmayılov, 8. Cavid Hüseynov, 11. Rauf Əliyev, 12. Araujo Santos, 20. Mindauqas Kalonas, 23. Lukas Mario Horvat
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 2. Deividas Çesnauskis, 10. Aleksandar Soliç, 19. Marius Pena, 21. Elvin Məmmədov, 24. Georgios Pelagios, 27. Rəhman Hacıyev
Baş məşqçi: Milinko Pantiç

“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavio Aleks Valensio, 10. Cavid İmamverdiyev, 11. Melvin Platye, 15. Erik Ramos, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor
Ehtiyat oyunçular: 1. Pavel Doroşevs, 4. Tərlan Quliyev, 7. Araz Abdullayev, 14. Bahodir Nasimov, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev
Məşqçi: Tərlan Əhmədov



komandaoqhmtx
1
Qarabağ
4
4
0
0
10-2
12
2
Neftçi
5
3
1
1
7-4
10
3
Qəbələ
5
3
0
2
8-6
9
4
AZAL
4
3
0
1
5-5
9
5
Bakı
5
3
0
2
12-3
9
6
Simurq
4
1
1
2
2-4
4
7
Sumqayıt5
1
1
3
4-9
4
8
İnter
4
1
0
3
9-8
3
9
Rəvan
5
1
0
4
2-14
3
10
Xəzər L
5
0
3
2
1-5
3

Bombardirlər: Cavid Hüseynov, Mindauqas Kalonas (hər ikisi “Bakı”), Bahodir Nasimov (Neftçi), Marinaldo da Silva (Qarabağ), Viktor İqbekoyi (AZAL), Baçana Sxadadze (İnter) – hsmısı 3 qol