Krasiç “Fənərbaxça”dan ayrıldı
31.08.2013 - 04:39
Krasiç “Fənərbaxça”dan ayrıldı
“Fənərbaxça”nın futbolçusu Miloş Krasiç bundan sonra karyerasını Fransa çempionatında davam etdirəcək. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı – lacivərdlilər” serbiyalı yarımmüdafiəçini “Bastilya”ya icarəyə verib.

28 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayıb. Krasiç Fransa təmsilçisində icarə əsasında 1 il çıxış edəcək.

Qeyd edək ki, “Fənərbaxça” 2012-ci ildə Krasiçi 7 milyon avro qarşılığında “Yuventus”dan transfer etmişdi.