Mourinyo Superkubok məğlubiyyətindən danışdı
31.08.2013 - 05:33
Ötən gün keçirilən Uefa Superkubok oyununda “Çelsi” “Bavariya”ya məğlub olaraq kuboku qazana bilməyib. Apasport.az saytının məlumatına görə, London klubunun baş məşqçisi Joze Mourinyo matçdan sonra kemirilən mətbuat konfransında məğlubiyyəti şərh edib.
Portuqaliyalı mütəxəssis azlıqda qalmalarının oyuna təsir etdiyini bildirib: “Futbolçularımla fəxr edirəm. Biz son dəqiqədə məğlub olduq. Onu da qeyd etməliyəm ki, biz oyunun xeyli hissəsini azlıqda mübarizə aparmalı olduq. Məhz buna görə də, müdafiəyə çəkilmək məcburiyyətində qaldıq. Mən futbolçularıma heç bir söz deyə bilmərəm. Onlar sona qədər güclü mübarizə apardılar”.
Qeyd edək ki, əsas və əlavə vaxtı (2:2) bərabərliklə başa çatan oyunun penaltilər seriyasında “Bavariya” 5:4 hesabı ilə qalib gəlib.

0
0