PSJ-nin futbolçusu İngiltərə Premyer Liqasında
31.08.2013 - 06:28
PSJ-nin futbolçusu İngiltərə Premyer Liqasında
“Liverpul” növbəti futbolçunu heyətinə qatıb. Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızılar” PSJ-nin müdafiəçisi Mamadou Saxo ilə müqavilə imzalayıb.

İngiltərə təmsilçisi 23 yaşlı futbolçu üçün Paris klubuna 23 milyon avro ödəyəcək.

Qeyd edək ki, Fransa millisinin də üzvü olan Saxo ötən mövsüm PSJ forması ilə 34 oyun çıxıb və 2 qol vurub.