“Xəzər Lənkəran”ın sabiq müdafiəçisi Moldovada çıxış edəcək
31.08.2013 - 09:59
“Xəzər Lənkəran”ın sabiq müdafiəçisi Moldovada çıxış edəcək
“Xəzər Lənkəran”ın sabiq futbolçusu olan Bruno Simao yenidən karyerasını Moldova çempionatında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 28 yaşlı portuqaliyalı sol cinah müdafiəçisi bu mövsüm çempionluq uğrunda mübarizə aparacaq “Daçiya” ilə yaxın günlərdə müqavilə bağlayacaq.

Qeyd edək ki, 2011-ci ildə 6 ay “Xəzər Lənkəran”ın formasını geyinmiş olan Simaoya Moldova tanış məkandır. Belə ki, o, cənublulardan ayrıldıqdan sonra “Milsami” klubunda millimizin üzvü Elhad Nəziri ilə birgə çıxış etmişdi. Bruno ötən mövsüm 6 ay Kiprin “Doksa” klubunun şərəfini qoruyub.