İsrail millimizə böyük hesabla qalib gələcək
31.08.2013 - 10:20
İsrail millimizə böyük hesabla qalib gələcək
İsrail Futbol Assosiasiyası qarşıdakı seçmə mərhələnin oyunu ilə bağlı səsvermə keçirir. Apasport.az saytının məlumatına görə, sorğuda respondentlər bu suala cavab verməlidir: İsrail ilə Azərbaycan yığmaları arasında görüş necə başa çatacaq?

Bakıda xal itirməsinə baxmayaraq, əksəriyyət İsrailin böyükhesablı qələbəsini proqnozlaşdırır. Sorğuda iştirak edənlərin 34%-i buna səs verib. 27% isə meydan sahiblərinin minimal hesablı qələbəsini fikirləşir.

Maraqlıdır ki, 3-cü ən çox səs toplayan nəticə millimizin böyükhesablı qələbəsidir. Respondentlərin 21%-i belə düşünür. Heç-heçə olacağına 11%, yığmamızın minimal hesablı qələbəsinə isə 7% inanır.

Qeyd edək ki, İsrail – Azərbaycan oyunu sentybrın 7-də Ramat-Qan şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.