Qapıçılarımızın Türkiyədə debüt etmək şansı
31.08.2013 - 10:41
Qapıçılarımızın Türkiyədə debüt etmək şansı
Bu gün Türkiyənin 1-ci dəstəsində 3-cü turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, həmyerlilərimizin çıxış etdiyi komandalardan heç biri bu gün meydana çıxmayacaq.

Əvəzində isə sabah təmsilçilərimizin çıxış etdiyi 4 komandaya mübarizəyə qoşulacaq. Maraqlıdır ki, onların hamısı bu həftə səfərdə mübarizə aparacaq. İlk öncə meydana Arif İsayevlə Saşa Yunisoğlunun çıxış etdiyi “Dənizlispor” çıxacaq. Bu komanda “Balıkəsirspor”un qonağı olacaq.

Davud Kəriminin bu tur meydana çıxmaq şansı var. O, “Fəthiyəspor”un “Samsunspor”la görüşündə debüt edə bilər. Elə Andrey Popoviçdə “Tavşanlı Linyitspor”da debütünü İzmirdə gerçəkləşdirməyə yaxındır. Onun və Usim Ndukanın komandası “Bucaspor”un qonağı olacaq.

Fərid Quliyevin oynadığı “Kahramanmaraşspor” isə “Şanlıurfaspor”la gücünü sınayacaq. “Dənizlispor” Bakı vaxtı ilə saat 19:00-da, digər 3 komanda isə 22:00-da meydana çıxacaq.

Qeyd edək ki, Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor” bu tur istirahət edəcək.