“Qəbələ”nin digər müdafiəçisi də yığmasına çağırıldı
31.08.2013 - 11:39
 “Qəbələ”nin digər müdafiəçisi də yığmasına çağırıldı
Umar Kalabanın ardından “Qəbələ”nin digər mərkəz müdafiəçisi də yığmasından dəvət alıb. Apasport.az saytının məlumatına görə, Deyan Kelhara yenə Sloveniya millisinin baş məşqçisi Sreçko Katanets tərəfindən dəvət gəlib.

29 yaşlı futbolçu Albaniya və Kiprlə seçmə oyunlar üçün ölkəsinə çağırılıb. Albanlarla matç sentyabrın 6-da Lyublyanada, kiprlilər görüş isə həmin ayın 10-da Nikosiyada baş tutacaq.

Qeyd edək ki, Umar Kalaban da Qvineya yığmasının Misirlə seçmə görüşü üçün bu turdan sonra ölkəsinə yollanacaq.