“Bankir” qardaşlar bir-birindən ayrılmır
31.08.2013 - 14:11
“İnter”in düşərgəsinə təşrif buyurmuş Meza qardaşlarının kimliyi maraq doğurmaya bilməz. Apasport.az saytı həmin futbolçuların kimliyini sizə təqdim edir.
Tam adı Derlis David Meza Kolli olan böyük qardaş bu ayın 15-də 25 yaşını qeyd edib. Paraqvayın paytaxtı Asunsonda doğulsa da, uşaq yaşlarında ailəsinin Avropaya köçməsi Davidin İspaniyanın Kataloniya bölgəsində yerləşən “L-Escala” klubunda futbolun sirlərinə yiyələnməsinə səbəb olub. Peşəkar karyerasına isə 2007-ci ildə Yunanıstanın “Atromitos” klubunda başlayıb. Ancaq o bu klubda çox çıxış etməyib. Belə ki, David Yunanıstanın “Etnikos”, PAS və “Messiniakos”da icarə əsasında oynayıb.
Mərkəz yarımmüdafiəçi olmasına baxmayaraq, son klubunda 11 qol vurması onun 2010-cu ildə İtaliyanın Seriya B təmsilçisi “Çezena” klubuna keçməsinə şərait yaradıb. Ancaq o burda möhkəmlənə bilməyib və 2011/12 mövsümü üçün İtaliyanın “Paviya” klubuna icarəyə verilib. Ötən ildən isə “Çezena”da çıxış edir.
Kiçik qardaş Sezar Daniel Meza Kolli isə Daviddən 3 yaş kiçikdir. O, oktyabrın 5-də 22 yaşını qeyd edəcək. Sezar qardaşı kimi yarımmüdafiədə oynamağı bacarsa da, hücumçudur. O, da qardaşı hara gedibsə, həmin komandaların aşağı yaş qruplarında çıxış edib. Yalnız bir dəfə 2012-ci ildə “Alaves”ə icarə əsasında keçməsi əsas fərqdir. Bir sözlə, o da “Çezena”dan gəlib.

0
0