Vaqif Sadıqov: Həmin futbolçular bizə lazım olmadı
31.08.2013 - 16:16
Vaqif Sadıqov: Həmin futbolçular bizə lazım olmadı
“Seneqallı futbolçu bizim düşərgəyə yeni gəlib. O, baxışdadır. İkitərəfli oyun zamanı onu sınayıb, komandaya götürüb-götürməyəcəyimizi müəyyənləşdirəcəyəm”. Bunu apasport.az saytına AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

AZAL-ın düşərgəsində seneqallı Alaci Mansur baxışdadır. Onunla bağlı qərar yaxın günlərdə açıqlanacaq. Ancaq baxışda olan digər 2 futbolçu haqda qərar çıxarılıb: “Bildiyiniz kimi, Bəxtiyar Soltanovla Ramil Mansurov bizdə baxışda idi. Ancaq həmin futbolçular lazım olmadı”.

Ancaq komanda transfer həyata keçirib. Bu, AZAL-ın sabiq dayaq yarımmüdafiəçisi Şəhriyar Rəhimovdur: “Şəhriyar Rəhimov “Rəvan”dan ayrılmışdı. Belədə onunla dünən 2 illik müqavilə bağladıq”.

Qeyd edək ki, “Şako” ləqəbi ilə tanınan Rəhimov “İnter”in yetirməsidir. O, AZAL-da icarə əsasında çıxış edib.

Səbuhi TOFİQOĞLU