İsrail yığması azərbaycanlı jurnalistlərdən gizlənir
31.08.2013 - 18:10
İsrail yığması azərbaycanlı jurnalistlərdən gizlənir
İsrail millisi sentyabrın 2-də millimizlə oyunun hazırlıqlarına başlayacaq. Apasport.az saytının məlumatına görə, baş məşqçi Eli Qutman yetirmələrini Şefayimdə hazırlaşdıracaq.

Qutman komandasını azərbaycanlı jurnalistlərdən gizlətmək qərarına gəlib. Belə ki, sentyabrın 2-4 aralığında keçirilən məşqləri yerli jurnalistlər izləmək imkanı əldə edəcək. Ancaq sentyabrın 5-6-da keçirilən hazırlıqlar qapalı olacaq.

Qeyd edək ki, azərbaycanlı jurnalistlər İsrailə sentyabrın 4-də yola düşəcək.