Millinin açıq məşqi olacaq
31.08.2013 - 18:55
Millinin açıq məşqi olacaq
Milli komandamız sabahdan İsraillə oyunun məşqlərinə başlayacaq. Apasport.az saytının məlumatına görə, yığmamız sabah saat 16:00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda hazırlıqlara start verəcək.

Ancaq bu məşqdə Topaz Premyer Liqasının V turunun oyunları nəzərə alınaraq, "İnter" və "Qarabağ"ın oyunçuları, həmçinin legionerlərimiz - Ufuk Budak, Ruslan Abışov və Cihan Özkara iştirak etməyəcək. Həmin oyunçular təlim-məşq toplanışında sentyabrın 2-dən iştirak edəcəklər.

Sentyabrın 3-ü səhər saatlarında isə millinin mətbuat üçün açıq məşqi olacaq. Açıq məşq “Bakcell Arena”da keçiriləcək.