Tərlan Əhmədov: Bəzən bu cür məğlubiyyətlər lazımdı
31.08.2013 - 19:47
Tərlan Əhmədov: Bəzən bu cür məğlubiyyətlər lazımdı
“Neftçi” klubunun baş məqşçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının V turunda “Bakı”ya uduzduqları 0:3 hesablı məğlubiyyətdən razı qalıb. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar”ın çalışdırıcısı rəqibin əzmkar və istəkli oyunu sayəsində böyük hesabla qələbə qazandığını bildirib: “Bəzən bu cür məğlubiyyətlər lazımdır”.

“Bakı”nın baş məşqçisi Milinko Pantiç isə bu qələbədən sonra sevindiyini deyib: “Həm fiziki, həm də mənəvi cəhətdən rəqibi üstələdik. İkinci hissədə azlıqda qalsaq da, yenə də qələbə qazana bildik. Klubumuzun prezidenti də oyunu izləyirdi. Komanda hələ təzə qurulur, öz üzərimizdə işləməliyik. Bu qələbə unudulmalı, qarşıdakı oyunlara köklənməliyik”.

pfl.az