“Rəvan” qovdu, “Araz”a keçdi
31.08.2013 - 23:50
“Rəvan” qovdu, “Araz”a keçdi
Türkiyədə təlim-məşq toplanışını yekunlaşdıran “Araz” artıq Naxçıvana qayıdıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, I divizionda mübarizə aparacaq Naxçıvan təmsilçisi heyətinə daha bir yerli futbolçu ilə gücləndirib. Həmin futbolçu az öncə “Rəvan” klubundan kənarlaşdırılan Bəxtiyar Soltanovdu.
Qeyd edək ki, “Rəvan”dan ayrıldıqdan sonra AZAL-da baxışda olan Soltanovu “təyyarəçilər”in baş məşqçisi Vaqif Sadıqov da bəyənməmişdi.