İlk qolunu “Xəzər Lənkərana” vurub, söz verdi - FOTO
01.09.2013 - 12:35
"Diqqətimizi komanda oyununa, sonadək mübarizəyə yönəltmişdik. Rəqibi daim təzyiq altında saxlamağı bacardıq. Xüsusən də ikinci yarıda bu bizdə daha effektiv alındı”. Apasport.az saytının xəbərinə görə, bunu “Qəbələ”nin futbolçusu Lorenzo Ebesilio deyib.
“Qəbələ”nin Topaz Premyer Liqasının V turu çərçivəsində “Xəzər Lənkəran”la görüşdə (2:0) son nöqtəni qoyan hollandiyalı yarımmüdafiəçi ölkəmizdə ilk qolunu vurdu. O, qarşıdakı oyunlarda da fərqlənəcəyinə çalışacağını bildirib: “Son iki oyunda məğlub olmuşduq. "Xəzər Lənkəran" qalib gəlməliydik və bunu bacardıq. Düşünürəm ki, komandamız bu missiyanın öhdəsindən layiqincə gəldi. Meydançada hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. "Xəzər Lənkəran"la matçda qol hesabımı açdım. Bu mənim üçün sevindirici haldır. Hər zaman ilkləri bacarmaq çətin və vacib olur. Düşünürəm ki, qarşıdakı matçlarda hesabımdakı qolların sayını oyundan oyuna artıra biləcəyəm. Bu həm mənim, həm də komandam üçün çox vacibdir”.
gabalafc.az

0
0